AZ

Başqasının maşını ilə qəza törətdi, həbs olundu

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avqustun 1-də gecə saatlarında Ağstafa rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətininin regional qrupundan Axar.az-a bildirilib ki, qəzada xəsarət alan, 2004-cü il təvəllüdlü rayon sakini Elgün Valeh oğlu Fəziyev xəstəxanaya aparılarkən yolda vəfat edib.

Ağstafa RPŞ əməkdaşları tərəfindən hadisəni törədən, etibarnamə olmadan, başqasına məxsus “Mersedes” avtomobli idarə edən rayon sakini, əvvəllər polis nəfəri kimi daxili işlər orqanlarından mənfi motivlərə görə xaric olunan 38 yaşlı Elvin Əliyev saxlanılaraq həbs edilib.

Fakta görə cinayət işi başlanılaraq istintaq tədbirləri davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
21
axar.az

10Mənbələr