EN

PFL-dən premyer-liqa ilə bağlı qərar

Peşəkar Futbol Liqası ilə Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Misli” brendi arasında titul sponsorluğuna dair müqavilənin müddəti uzadılıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb. Bildirilib ki, razılığa əsasən, 2025/26 mövsümündə də “Misli” Azərbaycan premyer-liqasının əsas sponsoru olacaq və ölkə çempionatı “Misli premyer-liqası” adlanacaq:
“Misli” hər zaman ölkədə idmanın, xüsusilə də futbolun tərəqqisi naminə önəmli layihələrin icrasında yaxından iştirak edir. “Misli”nin Azərbaycan Premyer Liqasına sponsorluğu ölkə futbolunun inkişafı və populyarlaşdırılması baxımından əhəmiyyətli addımdı. Dördüncü mövsümdü ki, davam edən əməkdaşlıq sayəsində liqaya maraq xeyli artıb, sponsorluq çərçivəsində keçirilən layihələr azarkeşlərin diqqətini cəlb etməklə yanaşı, yerli futbolun kommersiya dəyərinə də böyük töhfə verib. “Misli”nin premyer-liqaya davamlı dəstəyi Azərbaycan futbolunda uzunmüddətli və dayanıqlı inkişaf üçün mühüm rol oynayır. Bu əməkdaşlıq sayəsində futbolumuzun daha geniş auditoriyaya çıxması, azarkeşlərlə əlaqənin güclənməsi, liqada rəqabət qabiliyyətinin artırılmasını müşahidə edə bilərik. “Misli” - media əməkdaşlığı və ictimai tədbirlərlə futbolun daha geniş auditoriyayaçatmasına dəstək olur. Buna nümunə olaraq Peşəkar Futbol Liqası ilə media sahəsində aparılan birgə işlərin futbolun televiziyada, saytlarda və rəqəmsalplatformalarda daha geniş şəkildə yayılmasına imkan verməsini göstərə bilərik. “Misli” - PFL tərəfdaşlığı idmanın ictimai dəyərini artırmaqla bərabər azarkeşlərlə klub, həmçinin milli futbol arasında əlaqəni möhkəmləndirir. “Misli”nin Premyer Liqaya dəstəyi Azərbaycan futbolunda yeni inkişaf imkanlarını yaradır".


Xatırladaq ki, Misli premyer-liqasında 2025/26 "futbol ili" avqustun 15-də başlayacaq.
Chosen
65
13
football-plus.az

10Sources