AZ

Növbəti mövsüm üçün Azərbaycan Premyer Liqasının baş sponsoru AÇIQLANDI

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

PFL ilə Azərbaycanın qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Misli" brendi arasında titul sponsorluğuna dair müqavilənin müddəti uzadılıb.

Oxu.Az xəbər verir ki, razılığa əsasən, 2025/2026-cı illər mövsümündə də "Misli" Azərbaycan Premyer Liqasının əsas sponsoru olacaq və ölkə çempionatı "Misli Premyer Liqası" adlanacaq.

Qeyd edək ki, "Misli" ötən üç mövsümdə də Azərbaycan Premyer Liqasının əsas sponsoru olub. 2025/2026-cı illər mövsümü Misli Premyer Liqası avqustun 15-də başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
1
oxu.az

10Mənbələr