EN

Rusiyanın Kiyevə aviazərbələr nəticəsində ölənlərin sayı 16-ya çatıb

İyulun 31-nə keçən gecə Rusiyanın hücumu nəticəsində Ukraynanın paytaxtı Kiyevdə ölənlərin sayı 16 nəfərə çatıb.

“Report”un xəbərinə görə, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko teleqram kanalında məlumat verib.

Bundan əvvəl 15 nəfərin öldüyü barədə məlumat yayılmışdı.

T.Tkaçenko qeyd edib ki, hücum zamanı 159 nəfər yaralanıb.

"Biz məlumatların yoxlanılmasına və zərərçəkənlərin şəxsiyyətinin müəyyənləşdirilməsinə davam edirik", - o qeyd edib.

Chosen
43
50
report.az

10Sources