AZ

Zelenski: Rusiya Kiyevə ən qəddar hücumlardan birini həyata keçirib

BAKI, 1 avqust. TELEQRAF

“Rusiya iyulun 31-nə keçən gecə Kiyevə ən qəddar hücumlardan birini həyata keçirib. Raket birbaşa hündürmərtəbəli binaya düşüb”.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında məlumat verib.

Ukrayna lideri bildirib: “Rusiyanın hücumu nəticəsində 28 nəfər həlak olub. Onların arasında 2007, 2011, 2014, 2018 və hətta 2022-ci il təvəllüdlü beş uşaq da olub. 159 nəfər yaralanıb. Adi evlər, müəssisələr, hətta Kiyev məscidlərindən biri də hücuma məruz qalıb. Hərbi mənada heç bir şey yoxdur”.

Seçilən
29
50
teleqraf.com

10Mənbələr