EN

Dövlət sərhədində qanunsuz keçid cəhdi: 4 əcnəbi saxlanıldı

Dövlət

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, iyul ayının 27-də Sərhəd Qoşunlarının "Şəki" sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində 3 (üç) nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı (1997-ci il təvəllüdlü Mesimi Rami Süleyman, 2004-cü il təvəllüdlü Moussaouı Tadjedin Həsən, 2003-cü il təvəllüdlü Kateb Djoudı Abdulxani), "Qazax" əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Gürcüstan istiqamətində isə 1 (bir) nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı (Udula İmanthalanka) dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.Ulusum.az

Diqqət Çəkənlər

ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir

Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi

Məşhur aktrisa:“Gündə bir əsas yemək və hərəkət – sağlamlığımın sirri!” - FOTO

Chosen
42
35
ulusum.az

10Sources