Dövlət Sərhəd Xidmətindən AzVision.az -a verilən məlumata görə, iyul ayının 27-də Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində 3 (üç) nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı (1997-ci il təvəllüdlü Mesimi Rami Süleyman, 2004-cü il təvəllüdlü Moussaouı Tadjedin Həsən, 2003-cü il təvəllüdlü Kateb Djoudı Abdulxani), “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Gürcüstan istiqamətində isə 1 (bir) nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı (Udula İmanthalanka) dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta