AZ

Dövlət sərhədini pozmağa cəhd göstərənlər yaxalanıb


Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb. Bu barədə Dövlt Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, iyulun 27-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində 3 (üç) nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı (1997-ci il təvəllüdlü Mesimi Rami Süleyman, 2004-cü il təvəllüdlü Moussaouı Tadjedin Həsən, 2003-cü il təvəllüdlü Kateb Djoudı Abdulxani), “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Gürcüstan istiqamətində isə 1 (bir) nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı (Udula İmanthalanka) dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılmışdır. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Mətləb

Seçilən
52
35
baki-xeber.com

10Mənbələr