EN

Azərbaycan telekanallarında daha çox hansı məzmunda verilişlər yayımlanır? – AÇIQLAMA

Bakı. Trend:

Azərbaycanda televiziya kanallarında efirə verilən proqramlarınjanr bölgüsü açıqlanıb.

Audioviziual Şuradan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, cariilin ilk 6 ayı ərzində ümumölkə yerüstü televiziya yayımçılarınınefirində yayımlanmış proqramların məzmununa görə (janr) bölgüsü(səhər 07:00-dan gecə 01:00 aralığında yayımlanan proqramlar üzrə,faizlə) aşağıdakı kimi olub:

İnformasiya və analitik proqramlar23,80%
Musiqi və əyləncə janrında proqramlar16,00%
İdman proqramları15,80%
Kommersiya materialları (reklamlar, sponsortəqdimatları, teleticarət formatlı materiallar)11,60%
Mədəni-maarif janrında proqramlar8,40%
Seriallar (xarici istehsal)4,40%
Bədii filmlər (xarici istehsal)3,80%
Anonslar və yayımçının elanları3,60%
Sosial yönümlü proqramlar3,10%
Seriallar (yerli istehsal)2,90%
Sənədli filmlər2,60%
Bədii filmlər (yerli istehsal)1,90%
Sosial çarxlar1,10%
Cizgi filmləri və uşaq proqramları1,00%

Qeyd edək ki, Audiovizual Şurası aparatının Audiovizualproqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2025-ci ilinikinci rübü (aprel, may və iyun ayları) ərzində ümumölkə yerüstüteleviziya kanallarında yayımlanmış proqramların məzmun-janrstatistikası hazırlanıb. Statistikaya əsasən açıq ümumölkə yerüstüteleviziya yayımında son üç ay ərzində efirdə olmuş proqramlarınjanr bölgüsü belə olub:

24,5% - informasiya və analitik proqramlar
16,4% - musiqi və əyləncəli proqramlar
15,8% - idman proqramları
12,0% - bədii filmlər və seriallar
11,8% - reklam məzmunlu materiallar
8,3% - mədəni-maarif janrında proqramlar
3,6% - anonslar, elanlar
3,3% - sosial proqramlar
2,3% - sənədli film və materiallar
1,1% - sosial çarxlar
0,9% - uşaq proqramları və cizgi filmləri

Chosen
28
5
az.trend.az

6Sources