AZ

Azərbaycan telekanallarında daha çox hansı məzmunda verilişlər yayımlanır? AÇIQLAMA

Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycanda televiziya kanallarında efirə verilən proqramların janr bölgüsü açıqlanıb.

Audioviziual Şuradan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, cari ilin ilk 6 ayı ərzində ümumölkə yerüstü televiziya yayımçılarının efirində yayımlanmış proqramların məzmununa görə (janr) bölgüsü (səhər 07:00-dan gecə 01:00 aralığında yayımlanan proqramlar üzrə, faizlə) aşağıdakı kimi olub:

İnformasiya və analitik proqramlar

23,80%

Musiqi və əyləncə janrında proqramlar

16,00%

İdman proqramları

 

15,80%

Kommersiya materialları (reklamlar, sponsor təqdimatları, teleticarət formatlı materiallar)

11,60%

Mədəni-maarif janrında proqramlar

8,40%

Seriallar (xarici istehsal)

 

4,40%

Bədii filmlər (xarici istehsal)

3,80%

Anonslar və yayımçının elanları

3,60%

Sosial yönümlü proqramlar

3,10%

Seriallar (yerli istehsal)

 

2,90%

Sənədli filmlər

 

 

2,60%

Bədii filmlər (yerli istehsal)

1,90%

Sosial çarxlar

 

 

1,10%

Cizgi filmləri və uşaq proqramları

1,00%

Qeyd edək ki, Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2025-ci ilin ikinci rübü (aprel, may və iyun ayları) ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb. Statistikaya əsasən açıq ümumölkə yerüstü televiziya yayımında son üç ay ərzində efirdə olmuş proqramların janr bölgüsü belə olub:

24,5% - informasiya və analitik proqramlar

16,4% - musiqi və əyləncəli proqramlar

15,8% - idman proqramları

12,0% - bədii filmlər və seriallar

11,8% - reklam məzmunlu materiallar

8,3% - mədəni-maarif janrında proqramlar

3,6% - anonslar, elanlar

3,3% - sosial proqramlar

2,3% - sənədli film və materiallar

1,1% - sosial çarxlar

0,9% - uşaq proqramları və cizgi filmləri

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
5
news.milli.az

6Mənbələr