EN

Tovuz şəhər stadionunda ot örtüyü dəyişdirilir

“Turan Tovuz” komandasının ev oyunlarını keçirdiyi Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi işlərinə start verilib.

Arena.az bu barədə Tovuz klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Filip Şarplazın rəhbərlik etdiyi “Caspian Sport and Landscape” şirkəti ilə anlaşmaya əsasən süni örtük söküldükdən sonra drenaj və suvarma sisteminin quraşdırılması işləri həyata keçiriləcək.

Bundan sonra torpaq hissəsinin yerləşdirilməsinə və müasir standartlara cavab verən təbii ot örtüyünün salınmasına başlanacaq. İşlərin oktyabrın sonuna kimi tamamlanması nəzərdə tutulub.

Eyni zamanda, Abulbəyli kəndi ərazisində, Tovuz çayının kənarında “Huner Group” tərəfindən alınmış torpaq sahəsində süni ot örtüklü meydançanın salınmasına da başlanılıb.

Chosen
112
19
arena.az

10Sources