AZ

“Turan Tovuz”dan gözlənən xəbər gəldi – Tarix açıqlandı 

Tovuz şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi işlərinə start verilib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidmətindən paylaşım edilib. 

Bildirilir ki, Filip Şarplazın rəhbərlik etdiyi “Caspian Sport and Landscape” şirkəti ilə anlaşmaya əsasən süni örtük söküldükdən sonra drenaj və suvarma sisteminin quraşdırılması işləri həyata keçiriləcək.

Bundan sonra torpaq hissəsinin yerləşdirilməsinə və müasir standartlara cavab verən təbii ot örtüyünün salınmasına başlanacaq. İşlərin oktyabr ayının sonuna kimi tamamlanması nəzərdə tutulub.

Eyni zamanda Abulbəyli kəndi ərazisində, Tovuz çayının kənarında “Huner Group” tərəfindən alınmış torpaq sahəsində süni ot örtüklü meydançanın salınmasına da başlanılıb.

Seçilən
104
19
idmanxeber.az

10Mənbələr