Azərbaycan futbolu Avropa klublar turnirlərində indiyədək ən uğurlu həftəsini geridə qoyub. Dörd klubdan üçü qalib gəlib, heç biri məğlub olmayıb.
Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ” səfərdə İrlandiyanın “Shelbourne” klubunu 3:0 hesabı ilə məğlub edib.
Konfrans Liqasında “Zirə” doğma meydanda Xorvatiyanın “Hajduk” klubu ilə 1:1 bərabərə qalıb. Turnirin debütantı “Araz-Naxçıvan” Bakıda Yunanıstanın “Aris” komandasını 2:1 hesabı ilə məğlub edib. “Sabah” isə Kişinyovda Moldova təmsilçisi “Petrocub”u 2:0 hesabı ilə üstələyib.
Bu nəticələrlə Azərbaycan klubları UEFA reytinqi üçün 3,5 xal (və ya ölkə üzrə 0,875 əmsal) toplayıb. Bu, 2022/23 mövsümündən bəri ən yüksək göstəricidir.
Hazırda Azərbaycan UEFA reytinqində 18,125 xalla 29-cu yerdədir və gələn həftə Avrokuboklardan kənarlaşdırılmış Rusiya (18,299 xal) ilə yerini dəyişə bilər. Növbəti hədəf 27-ci yerdə olan Ukrayna (18,475) olacaq.
N.Təbrizli