AZ

UEFA reytinqi: Azərbaycan xalını artırdı

Azərbaycan avrokuboklarda 2025/2026 mövsümündə topladığı reytinq xalını 0,500-ə çatdırıb.

 Bu, "Qarabağ" və "Zirə"nin göstərdiyi nəticələr sayəsində mümkün olub.

"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"u İrlandiyada darmadağın edib - 3:0. "Zirə" isə Konfrans Liqasının eyni mərhələsində Xorvatiya "Hayduk"una qarşı ev oyunundan heç-heçə ilə ayrılıb - 1:1.

Qələbə ölkə aktivinə 0,250 xal, heç-heçə isə 0,125 xal gətirib. Daha 0,125 xalı Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə "Sabah" Sloveniyada "Tsele"ni əsas vaxtda 3:2 hesabı ilə yenərək, qazandırıb.

Hazırda 17.625 xala malik Azərbaycan 29-cu pillədəki mövqeyini qoruyur. Ukrayna 18,225 xalla 28-ci yerdə gedir. Avrokuboklarda təmsil olunmayan Rusiya isə 18,299 xalla 27-cidir.

Seçilən
187
46
sitat.info

10Mənbələr