EN

Qonşu ölkədə 3 günlük matəm elan olundu

Amur vilayətində təyyarə qəzası qurbanlarının xatirəsinə üç günlük matəm elan olunub.Metbuat.az milli.az-a istinadən xəbər verir ki, Rusiyanın Amur vilayətində baş verən ağır təyyarə qəzası ilə bağlı iyulun 25-dən 27-dək üç günlük matəm elan edilib. Vilayət qubernatoru Vasili Orlov bu barədə özünün Telegram kanalında məlumat verib. O, qeyd edib ki, matəm günlərində Amur vilayətinin bütün ərazilərində dövlət bayraqları endiriləcək:"Qurbanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bütün region sizinlə birlikdə yas tutur".

Xatırladaq ki, Xabarovsk-Blaqoveşensk-Tynda marşrutu üzrə hərəkət edən An-24 təyyarəsi Tynda hava limanına eniş etməyə çalışarkən ikinci cəhd zamanı radarlardan itib. Sonradan qalıqları hava limanından 15 kilometr aralıda aşkar edilib.Təyyarədə 7-si uşaq olmaqla 48 nəfər olub. Uşaqlardan 3-ü 1-2 yaş arası qız, 4-ü isə 6-13 yaş arası oğlan idi. Qəza nəticəsində sağ qalan olmayıb.

Chosen
44
50
metbuat.az

10Sources