Yekaterinburqda bağ evində elektrik naqillərinin nasazlığı səbəbindən bir neçə nəfər diri-diri yanıb.
Publika.az xəbər verir ki, bu barədə “112” "Telegram" kanalı məlumat yayıb.
Hadisə iyulun 26-na keçən gecə baş verib. Yanğın səhər saat üç radələrində başlayıb.
Hadisə yerinə gələn xilasedicilər 17 yaşlı yeniyetmə, 6 yaşlı və 3 aylıq uşaq, eyni zamanda uşaqlardan birinin anasının meyitini aşkar ediblər. Başqa bir qadın və daha bir uşaq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Daha iki uşağa isə yerindəcə yardım edilib.