Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İyulun 26-na keçən gecə Xarkov təxminən üç saat ərzində kütləvi birləşmiş hücuma məruz qalıb.
Bizimyol.info xəbər verir ki, bu barədə şəhərin meri İqor Terexov məlumat verib.
"Düşmən eyni anda bir neçə növ silahdan - idarə olunan aviabombalardan, ballistik raketlərdən və kamikadze pilotsuz təyyarələrdən istifadə edib" - deyə o, məlumat verib.
Terexovun sözlərinə görə, ilkin olaraq idarəolunan hava bombaları ilə 4 zərbə, ballistik raketlərlə 2 zərbə və “Şahedlər”lə 15-ə yaxın hücum qeydə alınıb.
Şəhər meri çoxmərtəbəli yaşayış binalarının, mülki müəssisənin, yolların və əlaqə şəbəkəsinin zədələndiyini bildirib. "Bu gün səhər saatlarına olan məlumata görə, Kiyevski rayonunda 7 yanğının söndürülməsi davam edir", - deyə o, ətraflı məlumat verib.
“5 nəfər xəsarət alıb. Onların arasında üç xilasedici də var. Onlar ilk zərbələrdən sonra hadisə yerində işləyərkən - ikinci zərbə zamanı xəsarət alıblar. Düşmən xilasediciləri və bombardmanların nəticələrini aradan qaldıranları ərazini hədəfə alıb. Bu, sırf terrorizmdir”, - deyə Terexov vurğulayıb.
Xarkov Vilayət Hərbi Administrasiyasının (VHA) rəhbəri Oleq Sinegubovun sözlərinə görə, işğalçılar Zmiyev şəhərinə də zərbələr endirib, nəticədə 50 yaşlı kişi yaralanıb. "O, xəstəxanaya yerləşdirilib, bu dəqiqəyə qurbanların sayı üç nəfərə çatıb", - deyə VHA rəhbəri qeyd edib.
Bundan əlavə, səhər saatlarında düşmənin Zaporojya vilayətində bir sıra yaşayış məntəqələrinə zərbələr endirdiyi, nəticədə ölən və yaralıların olduğu barədə məlumat yayılıb.
Zaporojya VHA-nın rəhbəri İvan Fedorovun verdiyi məlumata görə, düşmənin Vasilievski, Poloqovski və Zaporojye rayonlarına hücumları nəticəsində 3 nəfər həlak olub, daha iki nəfər yaralanıb. "Mənzillərin, fərdi evlərin, avtomobillərin, qarajların və infrastruktur obyektlərinin dağıdılması ilə bağlı 27 məlumat daxil olub", - deyə Fedorov əlavə edib.
İyulun 25-də rus işğalçıları gün ərzində Xarkova bir neçə zərbə endirdilər. O cümlədən, gün ərzində düşmən xəstəxanaya KAB-la zərbə endirib, nəticədə 10-dan çox insan yaralanıb. Dünən axşam saatlarında ruslar şəhərin Şevçenkivski rayonuna hücum pilotsuz təyyarələri ilə hücum ediblər. Səlahiyyətlilər itkilərin olmadığını bildiriblər.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.