EN

2025-ci ildə ən çox maaşlı peşələr hansılardır?

Müasir dövrdə peşə seçimi yalnız şəxsi maraqlara deyil, həm də əmək bazarının real tələblərinə də əsaslanmalıdır. Bəs 2025 –ci ildə hansı ixtisaslar daha çox qazandırır? Metbuat.az-ın araşdırmasına görə, aparılan beynəlxalq və yerli təhlillərə əsasən, 2025-ci ildə ən çox maaş verilən ixtisaslar arasında tibb, kompüter elmləri, mühəndislik, maliyyə və data analitikası ön sıralardadır. Bu sahələrdə həm ölkə daxilində, həm də xaricdə iş tapmaq daha asandır və əmək haqqı göstəriciləri əhəmiyyətli dərəcədə yüksəkdir. Belə ki, həkimlər və stomatoloqlar hazırda orta hesabla ayda 4.500–7.000 AZN, bəzi ixtisaslaşmış həkimlər isə 10.000 AZN-dən yuxarı gəlir əldə edə bilirlər. Kompüter mühəndisləri, xüsusilə proqramçı və data analitik kimi ixtisaslar üzrə çalışanlar aylıq 3.500–6.500 AZN, beynəlxalq təcrübəsi olanlar isə daha yüksək əmək haqqı ilə işləyirlər. Eyni zamanda elektrik, neft və avtomatika mühəndisliyi üzrə peşəkarlar 3.000–5.500 AZN arası, maliyyə və iqtisadiyyat üzrə analitiklər isə 2.500–4.500 AZN arasında maaş alırlar. Bu rəqəmlər təcrübəyə, şirkətə və ölkəyə görə dəyişsə də, tendensiya açıqdır: texnologiya və səhiyyə sahələri ən gəlirli istiqamətlərdəndir.

Azərbaycanda 2025-ci il üçün əmək bazarına baxdıqda, yüksək maaşlı ixtisaslar əsasən texnologiya, səhiyyə, mühəndislik və maliyyə sahələri ilə əlaqəlidir. Eyni zamanda yüksək maaş təkcə sahə ilə deyil, həm də fərdi bacarıq, təcrübə, sertifikatlar və davamlı inkişafla bağlıdır.

Chosen
50
2
metbuat.az

10Sources