AZ

WSJ: “Hakerlər SEPAH-dan milyonlarla dollar oğurlayıblar” 

Vətəninfo.az “The Wall Street Journal” qəzetinə istinadən xəbər verir ki, “Gonceşke Darande” (“yırtıcı sərçə”) adlı haker qrupu SEPAH-ın təxminən 90 milyon dollar dəyərində kriptovalyutasını oğurlayıb.

Məlumata görə, bu 12 günlük kiberhücum zamanı İranın maliyyə sistemi ciddi şəkildə hədəfə alınıb. Məqsəd “İran hökumətini sarsıtmaq üçün rəqəmsal aktivləri və bank qeydlərini məhv etmək” olub.

Əməliyyatın ilk mərhələsində hakerlər SEPAH-a bağlı “SEPAH Bank”ın informasiya sisteminə sızaraq məlumatları silib və infrastrukturunu sıradan çıxarıb. Hücumun təsiri təkcə bu banka deyil, əlaqəli olmayan bankomatlara da yayılıb, nəticədə ölkə üzrə bankomatlar işləməyib, onlayn və fiziki bank xidmətləri dayandırılıb.

Qeyd olunub ki, hərbi və təhlükəsizlik qüvvələrinin maaş və təqaüd ödənişləri də ləngidilib. Habelə hədəf olmayan İran Milli Bankı da nağd pul tələbinə cavab verə bilməyib.

phrase_var_article.chosen
26
50
veteninfo.az

10phrase_var_article.sources