EN

Nəfəs niyə pis qoxur və bunu necə düzəltmək olar?

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Nəfəsinizin hər zaman təravətli olmaması və pis qoxu verməsindən narahat olub insanlara yaxınlaşmaqdan çəkinirsiniz?

Narahat olmayın, bu geniş yayılmış bir problemdir və həll yolları mövcuddur.

Dişləri təmiz saxlamaq dişlərimiz və diş ətlərimiz arasındakı boşluqlara, dilin girintilərinə və köklərə yerləşən bakteriyalara qarşı heç bitməyən bir mübarizə kimidir.

"Yeməyini düzgün idarə etməyən insanlar və ya mədə-bağırsaq problemləri olanlar bu kateqoriyaya daxildir. Aşağı karbohidratlı qidalar da ağızda kəskin qoxuya səbəb ola bilər" – deyə ekspertlər bildirir.

Nəfəsinizi təravətli saxlamaq üçün 6 tövsiyyə.

Əgər dişləriniz və diş ətləriniz arasındakı bakteriyaları təmizləməsəniz, bu mikro yaralara və diş əti qanamalarına səbəb ola bilər. Yaxşı xəbər odur ki, diş əti xəstəliyinin ilkin mərhələsi – gingivit (diş əti iltihabı) sağala bilən bir problemdir.

Dişlərinizi fırçalarkən diş ətlərinizin qızarıq, şişkin və ya qanayıb-qanamadığını yoxlayın. Amma narahat olmayın – tədbir görmək üçün hələ vaxtınız var.

Qanayan və ya həssas bölgələri fırçalamaqdan çəkinmək təbii bir instinkt ola bilər, lakin düzgün texnika bu həssaslığı zamanla azalda bilər.

Sağ əlini işlədən fərqində olmadan sol tərəfi, solaxaylar isə sağ tərəfi daha çox fırçalayar.

Bu da digər tərəfdə daha çox iltihaba səbəb ola bilər. Hər iki tərəfi bərabər və diqqətlə fırçalamağa çalışın.

Dişlərinizi fırçalayarkən sistematik olun və tələsməyin. Hər dişin 3 səthi olduğunu (xarici, çeynəmə və daxili) unutmayın. Hamısını diqqətlə təmizləmək lazımdır.

İdeal fırçalama vaxtı ən azı 2 dəqiqədir.Bir çox insan diş fırçasını 90 dərəcə ilə istifadə edir, bu isə diş əti çəkilməsinə səbəb ola bilər.

Ən uyğun texnika budur: Fırçanı 45 dərəcə bucaqla saxlayın – Kiçik dairəvi hərəkətlərlə fırçalayın – Alt dişlərdə fırçanı diş ətinə doğru, üst dişlərdə isə yuxarıya doğru hərəkət etdirin.

Yeməkdən dərhal sonra diş fırçalamaq zərərli ola bilər, çünki turşular diş minasını yumşaldır. Bunun əvəzinə ya yeməkdən əvvəl fırçalayın, ya da yeməkdən sonra 30 dəqiqə gözləyin.

Gündə 2 dəfə 2 dəqiqə fırçalamaq idealdır, amma bəziləri üçün bir dəfə də kifayət edə bilər. Əgər yalnız bir dəfə fırçalayacaqsınızsa, ən yaxşı zaman axşamdır.

Orta sərtlikdə tükləri olan diş fırçası istifadə edin. Tük və ya rezin ara fırçaları da alışqanlıq halına gətirin. Bunlar bakteriyaları təmizləməyə kömək edir.

Florürlü diş pastası seçin – florür diş minasını gücləndirir və çürüməyə qarşı dayanıqlıdır. Ağız yaxalayıcısı da bakteriya yığımını azaldaraq faydalı ola bilər.

Əgər diş əti çəkilməsi (periodontit) irəliləyərsə, dişlər arasında boşluqlar yaranar və dişi saxlayan sümük əridikcə dişlər sallana bilər. Bu nəzarət altına alınmazsa, dişlər tökülə bilər və pis qoxu daimi ola bilər.

Belə hallarda dərhal diş həkiminizə müraciət edin. Əlavə tez-təsirli məsləhətlər:

Bol su içi: çünki ağız quruyanda bakteriyalar artır.

Dilinizi təmizləyin: dil təmizləyici ilə qida qalıqları və ölü hüceyrələri uzaqlaşdırın.

Nəfəsinizi yoxlatmaq üçün birinə güvənin. Ailənizdən və ya dostlarınızdan kömək alın, amma kiminlə məsləhətləşəcəyinizə diqqətlə qərar verin.

Chosen
2
50
bbc.com

10Sources