EN

“Atletiko” onun transferi üçün “Çelsi” ilə danışıqları davam etdirir

Madridin “Atletiko” klubu “Çelsi”nin müdafiəçisi Renatu Veyqanın transferi üçün danışıqları davam etdirir.

90deqiqe.Az-ın "L’Équipe"yə istinadən yaydığı xəbərə görə,Madrid təmsilçisi artıq 21 yaşlı futbolçu üçün iki rəsmi təklif irəli sürüb. Sonuncu təklifin ümumi dəyəri bonuslarla birlikdə 35 milyon avro təşkil edir.

Bununla belə, “Çelsi” hələlik portuqaliyalını bu məbləğə buraxmaq niyyətində deyil və onun üçün ən azı 40 milyon avro tələb edir.

“Atletiko” yay transfer pəncərəsində müdafiə xəttinə təcrübəli və gənc oyunçu axtarışını prioritet sayır. Renatu Veyqa isə bu plana uyğun əsas namizədlərdən biri kimi nəzərdən keçirilir.

Qeyd edək ki, Veyqa ötən mövsümün ikinci yarısını icarə əsasında “Yuventus”da keçirib. O, A Seriyasında 13 oyunda forma geyinib.

Chosen
51
3
90deqiqe.az

10Sources