EN

Novxanı çimərliyində növbəti bədbəxt hadisə

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Novxanı çimərliyində daha bir bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, 14 yaşlı Azər Məcidov dənizdə çimərkən, qəfil qıcolma (epileptik tutma) keçirib. 

Yaxınlıqda olanlar dərhal köməyə gəlsələr də, yeniyetmənin durumu ağır olub. Azyaşlı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb, lakin həkimlərin bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, dünən həmin çimərlikdə Xırdalan şəhər sakini olan məktəblilər-2009-cu il təvəllüdlü Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğlu batmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
4
qafqazinfo.az

10Sources