Olaylar.az xəbər verir ki, 14 yaşlı Azər Məcidov dənizdə çimərkən, qəfil qıcolma (epileptik tutma) keçirib.
Yaxınlıqda olanlar dərhal köməyə gəlsələr də, yeniyetmənin durumu ağır olub. O təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb, lakin həkimlərin bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, dünən həmin çimərlikdə Xırdalan şəhər sakini olan məktəblilər-2009-cu il təvəllüdlü Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğlu batmışdı.(Qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31