Bakı. Trend:
17-18 iyul tarixlərində Azərbaycan Respublikasının xarici işlərnazirinin müavini Elnur Məmmədov Azərbaycan-Vyetnamiqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə HökumətlərarasıKomissiyanın 3-cü iclasında iştirak etmək məqsədilə Hanoy şəhərinəsəfər səfər edərək, iclasda məruzə ilə çıxış edib.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumatverilib.
Bildirilib ki, səfər çərçivəsində nazir müavini həmçininVyetnamın xarici işlər nazirinin müavini xanım Le Thi Thu Hanq iləgörüşüb. Görüşdə cari ilin 21 aprel tarixində Bakı şəhərindəkeçirilmiş Azərbaycan Respublikası və Vyetnam SosialistRespublikasının Xarici İşlər Nazirlikləri arasında siyasiməsləhətləşmələrdən irəli gələn məsələlər müzakirə olunub.
Tərəflər həmçinin Azərbaycan-Vyetnam arasında siyasi, ticarət vəiqtisadiyyat, energetika, kənd təsərrüfatı, nəqliyyat və humanitarsahələrdə qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi istiqamətindəmövcud potensialı nəzərdən keçiriblər.
7-8 may tarixlərində Vyetnam Kommunist Partiyası MərkəziKomitəsinin Baş katibi To Lamın ölkəmizə dövlət səfəri iləəlaqələrin yeni mərhələyə, Strateji Tərəfdaşlıq səviyyəsinəyüksəldiyi vurğulanıb, parlamentlərarası əlaqələrinmöhkəmləndirilməsinin vacibliyi qeyd olunub.
Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyətininəhəmiyyəti qeyd edilib, Komissiyanın 3-cü iclasının yekunlarınadair Protokol imzalanaraq, qəbul olunmuş 2025-2027-ci illəri əhatəedən Fəaliyyət Planı yüksək qiymətləndirilib.
Tərəflər, iyul ayının sonunda Bakı şəhərində təşkil olunacaq3-cü “Vyetnam Günləri”nin mədəni əlaqələrin genişlənməsinə xidmətedəcəyinə əmin olduqlarını vurğulayıblar.