AZ

Azərbaycan və Vyetnam arasında əməkdaşlıq genişlənir

Bakivaxti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

17-18 iyul tarixlərində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov Hanoy şəhərinə səfər edib. Səfər çərçivəsində o, Azərbaycan-Vyetnam iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclasında iştirak edərək məruzə ilə çıxış edib.

Bakıvaxtı.az xəbər verir ki, nazir müavini Elnur Məmmədov Vyetnamın xarici işlər nazirinin müavini xanım Le Thi Thu Hanq ilə də görüş keçirib. Görüşdə 21 aprel tarixində Bakıda keçirilmiş siyasi məsləhətləşmələrin nəticələri və ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər siyasi, iqtisadi, energetika, kənd təsərrüfatı, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər. Eyni zamanda, 7-8 may tarixlərində Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri ilə əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb.

Komissiyanın fəaliyyətinin əhəmiyyəti qeyd olunaraq, iclasın yekunlarına dair Protokol imzalanıb və 2025-2027-ci illəri əhatə edən Fəaliyyət Planı yüksək qiymətləndirilib.

Tərəflər həmçinin iyul ayının sonunda Bakıda keçiriləcək 3-cü “Vyetnam Günləri”nin iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə verəcəyinə əminlik ifadə ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
46
bakivaxti.az

10Mənbələr