EN

Çin 167 milyard dollarlıq meqa su anbarının tikintisinə başladı

Çin Tibetdə 167 milyard dollarlıq meqa su anbarının (bəndinin) tikintisinə başlayıb.

Marja xəbər verir ki, Çinin Baş naziri Li Qiang su anbarının təməlini qoyub. Anbarın layihə dəyəri 167 milyard dollardır. 

Baş nazir bəndi idarə edəcək yeni şirkət olan "China Yaijang Group"u təqdim edib.

Layihə haqqında çox az məlumat olsa da, onun dəyəri meqa layihə olduğunu göstərir.

Layihə tikinti, sement və metallurgiya kimi sektorlar üçün iqtisadi canlanma vəd edir və Çinin 2060-cı ilə qədər xalis sıfır emissiya hədəfinə çatmasına kömək edəcək.

Yarlung Tsangpo çayı Hindistanın şimal-şərqindəki Arunachal Pradesh əyalətindən keçərək Brahmaputra çayına töküldüyü üçün bənd Çin və Hindistan arasında gərginlik mənbəyinə çevrilə bilər.

Chosen
16
9
marja.az

10Sources