AZ

Çin dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb Hindistan və Banqladeş narahatdır + VİDEO

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Çinin Baş naziri Li Tsiyan Tibbət platosunun şərq hissəsində dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlandığını elan edib. 

"AzPolitika" xarici KİV-ə istinadla xəbər verir ki, layihənin dəyəri 170 milyard dollardan az olmayacaq.

Bu hidroenergetika layihəsi Çin tarixində məşhur “Üç Dərə” bəndindən sonra ən iddialı layihə hesab olunur. Çində maliyyə bazarları bu addımı iqtisadi stimullaşdırmanın göstəricisi kimi qiymətləndirib və bu da səhm qiymətlərində və istiqrazların gəlirliliyində artıma səbəb olub.

Lakin bununla belə, Hindistan və Banqladeş bəndin aşağı axınlarda yaşayan milyonlarla insana mümkün təsirləri ilə bağlı narahatlıqlarını ifadə ediblər. Bir sıra qeyri-hökumət təşkilatları isə Tibbət platosunun zəngin və müxtəlif ekosistemləri üçün risklərə diqqət çəkib.

Pekin isə açıqlamasında bildirib ki, layihə Tibbət və Çin ərazisinin qalan hissəsində elektrik enerjisinə olan tələbatı ödəməyə kömək edəcək və aşağı axınlar və ətraf mühit üçün ciddi risk yaratmayacaq.

Yeni nəhəng hidroelektrik stansiyanın 2030-cu illərdə istismara verilməsi planlaşdırılır.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
15
azpolitika.info

10Mənbələr