EN

Azərbaycanlı tələbələr 8 peşə üzrə ölkəni Çində təmsil edəcək

Azərbaycan gələn il Çinin Şanxay şəhərində keçiriləcək WorldSkills Peşə Olimpiadasında səkkiz peşə istiqaməti üzrə iştirak etməyi planlaşdırır. Bunu anews.az-a açıqlamasında Peşə Təhsil üzrə Dövlət Agentiyinin direktoru Ceyhun Kərəmov deyib. 

"WorldSkills — müxtəlif sahələrdə peşə bacarıqlarının nümayiş etdirildiyi beynəlxalq yarış platformasıdır. Azərbaycan nümayəndələri kibertəhlükəsizlik, veb texnologiyaları, avtomobil diaqnostikası və təmiri, aşpazlıq, elektronika, alternativ enerji avadanlıqlarının istismarı və digər sahələr üzrə yarışlarda iştirak edəcək.Hazırda ölkədə beş yerli yarışı keçirilib və qaliblər bir illik hazırlıq mərhələsindən sonra 2026-cı ilin noyabr ayında Şanxayda təşkil olunacaq beynəlxalq yarışda Azərbaycanı təmsil edəcəklər", - Kərəmov bildirib. 

WorldSkills iki ildən bir dünyanın müxtəlif yerlərində keçirilən dünya və milli peşə bacarığı yarışmalar  təşkil edən, həmçinin peşə bacarığı konfranslarına ev sahibliyi edən beynəlxalq xeyriyyə təşkilatıdır.

Azərbaycan 2020-ci ildən Worldskills International-ın  üzvüdür.

Gülnar Nazimqızı 

Chosen
16
8
anews.az

10Sources