AZ

Peşə təhsili üzrə bəzi ixtisaslara qəbul dayandırılacaqVİDEO

Peşə təhsili üzrə yeni təhsil islahatı hazırlanır.

Xezerxeber.az-ın məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.

O bildirib ki, bu islahatın həyata keçirilməsi ilə artıq bir sıra yeni ixtisaslar üzrə qəbullar aparılacaq, bəziləri isə tamamilə qəbuldan çıxarılacaq. Agentlik direktorunun sözlərinə görə, bəzi ixtisaslar üzrə qəbulun dayandırılma səbəbi həmin ixtisaslara tələbatın az olması ilə əlaqədardır.

Ceyhun Kərəmov sabahdan peşə təhsili müəssisələrinə tələbə qəbulu başlayacağını və ümumi qəbul planı üçün nəzərdə tutulan yerlərin sayının artırıldığını bildirib. O qeyd edib ki, son 5 ildə peşə təhsilinə maraq 71,5 faiz artıb.

Ceyhun Kərəmov bildirib ki, bu ildən peşə təhsili üzrə təhsil haqlarında dəyişiklik edilib. Onun sözlərinə görə, bəzi bölgələrdə təhsil haqları fərqlidir. Təhsil haqqı 5 min manat olan ixtisaslar var. Bu da beynəlxalq sertifikatlarla, dərsliklər, yüksək peşəkar müəllimlərin cəlb edilməsi və onlara ödənilən əməkhaqqı, həmçinin ekspertlərin iştirakı və s. ilə bağlıdır.

Agentlik direktoru deyib ki, bu il peşə təhsili üzrə qəbul planına 10 yeni ixtisas əlavə edilib. Bunlar yüksək texniki ixtisaslar və texniki ixtisaslardır.

Qeyd edək ki, 2025/2026-cı tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul olmaq istəyənlər iyulun 22-dən avqustun 11-dək "portal.edu.az" platformasında "Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu" xidməti vasitəsilə müraciət göndərməlidirlər. Hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
22
23
xezerxeber.az

10Mənbələr