EN

Neft Fondunun tranzit haqqı ilə bağlı gəlirləri azalıb

2024-cü ildə karbohidrogenlərin Azərbaycan ərazisi ilə ötürülməsindən Dövlət Neft Fondunun büdcəsinə 0,31 milyon ABŞ dolları (0,5 milyon manat ) məbləğində gəlir (tranzit haqqı) daxil olub.

Teleqraf xəbər verir ki, bu gəlir maddəsi büdcədə nəzərdə tutulana (0,2 milyon manat) nisbətən 310,1% icra edilib.

2024-ci ildə tranzit haqqı ilə bağlı gəlirlər azalıb. Bu gəlir maddəsi üzrə daxilolmaların azalmasına səbəb Ukrayna ətrafında baş verən hadisələr və Qara Dənizdə daşınmalarla əlaqədar yaranmış məhdudiyyətlər səbəbindən Qərb İxrac Boru Kəməri üzrə daşınmaların dayandırılması olub.

Chosen
10
50
teleqraf.com

10Sources