Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında Azərbaycandan xaricə 679,844milyon kilovat saat elektrik enerjisi ixrac edilib.
Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu miqdarda elektrik enerjisinin ixracından əldəolunan gəlir 38,557 milyon ABŞ dolları olub.
Elektrik enerjisinin ixracı ötən ilin eyni dövrü ilə müqayisədəhəcm ifadəsi ilə 244,669 milyon kilovat saat və ya 26,5%, dəyərifadəsi ilə 12,514 milyon ABŞ dolları, yaxud da 24,5% azalıb.
2024-cü ilin ilk yarısında Azərbaycandan xaricə 924,513 milyonkilovat saat həcmində, 51,071 milyon ABŞ dolları dəyərində elektrikenerjisi ixrac edilmişdi.
Elektrik enerjisinin ixracı cari ilin ilk altı ayının ixracınanisbətən 0,4%-ini, qeyri-neft sektoru üzrə ixracına nisbətən isə3,2%-ini təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xariciölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatıaparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,632 milyardABŞ dolları və ya 12,1% çoxdur. Ötən ilin eyni dövründə Azərbaycanxarici ölkələrlə 21,768 milyard ABŞ dolları dəyərində ticarətəməliyyatı aparmışdı. Xarici ticarət dövriyyəsinin 12,878 milyardABŞ dolları ixracın, 11,522 milyard ABŞ dolları isə idxalın payınadüşüb. Son 1 ildə ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.
Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldoyaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3dəfə azdır.