Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin dövlət büdcəsinin icrasını təsdiqləyib.
Gundem.az xəbər verir ki, bu, İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanunda əksini tapıb.
Belə ki, 2024-cü il dövlət büdcəsinin icrası, gəlirlər 37 161 838,6 min manat, xərclər isə 37 713 661,1 min manat məbləğində olmaqla təsdiq edilib.