EN

KUNA xəbər agentliyinin redaktoru: Burada müzakirə olunan məsələlər media sahəsindəki müasir çağırışlara tam cavab verir

Şuşada olarkən və Laçındakı gəzintilər zamanı gördüklərimiz bir daha sübut edir ki, Azərbaycanın qədim və zəngin mədəniyyəti var.

“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Küveytin KUNA xəbər agentliyinin redaktoru Abdullah Aldabbous deyib.

O, Şuşa Qlobal Media Forumuna dəvət edildiyi üçün Azərbaycan hökumətinə öz təşəkkürünü bildirib: “Forumda iştirak etmək bizim üçün olduqca önəmlidir. Burada müzakirə olunan məsələlər media sahəsindəki müasir çağırışlara tam cavab verir.

Eyni zamanda, Prezident İlham Əliyevin media nümayəndələri ilə olan dünənki görüşü məzmun etibarı ilə vacib və informativ keçdi”.

Chosen
9
45
ikisahil.az

10Sources