AZ

Prezident "Global Media Group"un əməkdaşlarını TƏLTİF ETDİ

Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə "Global Media Group"a daxil olan şirkətlərin əməkdaşlarını təltif edib. 

BAKU.WS xəbər verir ki, ölkə başçımız bu barədə müvafiq sərəncam imzalayıb. 

"Global Media Group"un İdarə Heyətinin üzvü Orxan Məmmədov "Tərəqqi" medalı ilə təltif edilib.

Baku TV-nin direktoru Ramin Cəfərov da "Tərəqqi" medalı alanların siyahısında olub. Report İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyevə isə "Əməkdar jurnalist" fəxri adı verilib.

Baku TV-nin məsul redaktoru Azadə Balayeva, "Caliber" saytının baş redaktoru Timur Hüseynov, Oxu.Az saytının baş redaktor müavini Ülviyyə Gülməmmədova, Report İnformasiya Agentliyinin baş redaktorunun müavinləri Məmmədli İlahə, Quliyev Emil, eləcə də ​"Report"un Avropa bürosunun rəhbəri Mustafayeva Kəmalə də "Tərəqqi" medalı ilə təltif ediliblər.

Seçilən
1
15
far.az

10Mənbələr