AZ

"Şərq"in günəşi zirvədə: Yusif Nəzərli "Əməkdar jurnalist" fəxri adına layiq görülüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev media nümayəndələrinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, ölkənin media sahəsində uzun illər səmərəli fəaliyyət göstərən bir sıra jurnalistlər dövlət tərəfindən yüksək fəxri adlarla təltif olunublar.
Fəxrlə qeyd edirik ki, həmin jurnalistlər arasında "Şərq" qəzetinin baş redaktorunun birinci müavini Yusif Yusifov (Nəzərli) da var. O, ölkə mediasında göstərdiyi xidmətlərə görə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.
Bu münasibətlə "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı başda olmaqla, bütün redaksiya heyəti adından Yusif Nəzərlini ürəkdən təbrik edir, qələminin daim iti olmasını arzu edirik.
Onun bu ali ada layiq görülməsi təkcə fərdi uğur deyil, həm də "Şərq" qəzetinin ümumi kollektivinin zəhmətinin, peşəkarlığının və mətbuat prinsiplərinə sədaqətinin göstəricisidir.
Ali ada layiq görülən digər həmkarlarımızı da ürəkdən təbrik edir, Azərbaycan mediasına bundan sonra da dəyərli töhfələr verməklərini arzulayırıq.
Seçilən
9
11
sherg.az

10Mənbələr