EN

Zelenski Moskvaya MESAJ VERDİ: "Qətllərin dayandırılması üçün..."

"Rusiya tərəfi ilə mübadilə məsələləri üzrə danışıqlar davam edir. İstanbulda keçirilmiş son görüş zamanı əldə olunmuş razılaşmaları yerinə yetirməkdə davam edirik. Hazırda komanda daha bir mübadilə üzərində işləyir".

Publika.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb.

"Təhlükəsizlik Şurasının katibi Umyerov həmçinin bildirib ki, Rusiya tərəfinə gələn həftə yeni görüş keçirməyi təklif edib. Danışıqların dinamikası artırılmalıdır. Atəşkəsə nail olmaq üçün hər şey edilməlidir. Rusiya tərəfi isə qərarlardan gizlənməyi dayandırmalıdır.

Əsir mübadiləsi, uşaqların geri qaytarılması, qətllərin dayandırılmas və davamlı sülhün təmin edilməsi üçün liderlər səviyyəsində görüş keçirmək vacibdir. Ukrayna belə bir görüşə hazırdır", - Zelenski bəyan edib.

Chosen
43
24
publika.az

10Sources