"Qalatasaray" klubu "Monako"nun müdafiəçisi Vilfred Sinqonu transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" 24 yaşlı futbolçunu satınalma şərti ilə birlikdə icarəyə götürmək istəyir.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Sinqo 2023-cü ildən "Monako"da çıxış edir. O, burada 60 oyuna çıxıb və 4 qol vurub.
"Transfermarkt" portalına görə onun bazar dəyəri 25 milyon avrodur.