Gədəbəydə piyadanı maşın vurub.
Leqal.info xəbər verir ki, hadisə rayonun Saratovka kəndində baş verib. Avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2010-cu il təvəllüdlü Ə.Süleymanovu vurub. Piyada xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info
Topics