Ajans.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Saratovka kəndində qeydə alınıb. Avtomobil yolu qarşı tərəfə keçmək istəyən 2010-cu il təvəllüdlü Ə.Süleymanovu vurub. Piyada xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.