EN

İranda avtobus qəzası: Ölü sayı 15-ə çatıb - YENİLƏNİB

İranın Fars əyalətində Firuzabad və Kəvar şəhərləri arasındakı şosedə avtobusun aşması nəticəsində ölənlərin sayı 15-ə çatıb.

"Cebheinfo.az"  xəbər verir ki, bu barədə bölgənin təcili yardım xidmətinin rəhbəri Məsud Abed məlumat verib.

"Son statistik məlumatlara əsasən, Firuzabad – Kəvar avtomobil yolunda avtobusun aşması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb", - onun sözləri IRNA agentliyinin teleqram kanalında qeyd edilib.

M.Abed həmçinin bildirib ki, xəsarət alanların sayı 27-yə çatıb.

14.48

İranın cənub əyaləti Farsda avtobusun aşması nəticəsində 8 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.

"Cebheinfo.az" “Report”-a istinadən xəbər verir ki, bu barədə regionun təcili yardım xidmətinin rəhbəri Məsud Abed məlumat verib.

"Hadisə nəticəsində 8 nəfər həlak olub, 15 nəfər ağır xəsarət alıb", - onun sözləri IRNA-nın teleqram kanalında qeyd edilib.

"Cebheinfo.az" 

Chosen
45
50
cebheinfo.az

10Sources