AZ

İranda partlayış: 13 yaralı

İranda

İranın şimalındakı Gilan vilayətinin Rəşt şəhərində küçədə baş verən partlayış nəticəsində 13 nəfər xəsarət alıb.

Xalqcəbhəsi.az “Haber Global”a istinadla bildirir ki, partlayış nəticəsində dil tədris mərkəzinə, zərgərlik mağazasına, park edilmiş avtomobillərə və yaxınlıqdakı bir neçə mağazaya ziyan dəyib.

Rəşt Yanğından Mühafizə İdarəsi hadisə ilə bağlı açıqlamasında ilkin məlumatlara görə, partlayışın qaz sızması nəticəsində baş verdiyini və 13 nəfərin yaralandığını bildirib.

Rəşt Baş Prokurorluğunun məlumatına görə, partlayış küçədəki zərgərlik mağazasında meydana gəlib və itki yoxdur.

Seçilən
20
7
xalqcebhesi.az

10Mənbələr