Bakı. Trend:
İranın şimalındakı Gilan əyalətinin Rəşt şəhərində güclü qazpartlayışı nəticəsində ikimərtəbəli bina uçub.
Trend xəbər verirki, bu barədə “Mashreq News” agentliyi şəhər bələdiyyəsininYanğından Mühafizə Xidmətinin rəhbəri Şəhram Momeniyə istinadlaməlumat yayıb.
“Bir neçə saat əvvəl Rəşt şəhərinin Bahonar küçəsində baş verənqaz partlayışı nəticəsində zərgərlik mağazası, xarici dil məktəbivə oyun klubunun yerləşdiyi ikimərtəbəli bina tamamilə dağılıb.Hadisə nəticəsində azı 18 nəfər xəsarət alıb,” – deyə obildirib.
Xilasedicilər dağıntılar altından insanların çıxarılması üçünaxtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər. Hadisəninsəbəbləri ilə bağlı araşdırma aparılır.