Sloveniya parlamenti evtanaziyaya icazə verən qanun layihəsini qəbul edib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, qanun 50 lehinə, 34 əleyhinə səslə təsdiqlənib.
Depuatalardan 3 nəfər bitərəf qalıb.
Qanun dözülməz əzab çəkən və sağalma ümidi olmayan ölümcül xəstəlikdən əziyyət çəkən yetkin şəxslərə şamil edilir.
Namizədlərin uyğun hesab olunması üçün onların ruhi baxımdan sağlam olması və mövcud müalicə imkanlarını artıq tükətməsi tələb olunur.
Qeyd edilib ki, qanun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkən şəxslərə şamil olunmur.
Bizim.Media
Topics