EN

Bakı şəhər İcra Hakimiyyəti 425 min 685 manatlıq it yemi alır

Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

XəzərNews.az Demokrat.az-a istinadla xəbər verir ki, tenderin qalibi “Fəza-F” MMC-dən itlər üçün 150 ton quru yem alınacaq və bunun üçün 425 min 685 manat vəsait ödəniləcək.

Tender müsabiqəsinin qalibi olan şirkət 2013-cü ildə dövlət qeydiyyatına alınıb.

“Fəza-F” MMC 2022 və 2024-cü illərdə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin keçirdiyi 5 tender müsabiqəsində qalib olub.

İt yemindən əvvəl “Fəza-F” MMC Departamentə xam duz, avtomobillər üçün ehtiyat hissələri və sürtkü yağları satıb.


Xəbər 3 dəfə oxunub.
Chosen
25
50
xezernews.az

10Sources