AZ

“Kavkazar”: Ankara-Bakı-Dəməşq Enerji Alyansı İranı Suriyanın qaz bazarından sıxışdıra bilər

Türkiyə Yaxın Şərqi öz geostrateji baxışlarına uyğun formatlaşdırmaq üçün əsas vasitə kimi “mavi yanacaq”dan istifadə edir

Yenisabah.az xəbər verir ki, bunu “Rybar”ın tematik layihəsi olan “Kavkazar” "Telegram" kanalı yazıb.

Onun vurğuladığı kimi, Ankara-Bakı-Dəməşq enerji alyansı İranı Suriyanın qaz bazarından sıxışdırıb çıxara bilər. pizza

Eyni zamanda, Rusiya müharibədən sonrakı Suriyada əsas oyunçu statusunu itirmək riski ilə üzləşir.

Teleqram resurs Suriyanın yeni lideri Əhməd əl-Şaraanın Bakıya səfərini belə şərh edib.

Xatırladaq ki, səfər zamanı Azərbaycanın dövlət neft şirkəti SOCAR ilə Suriya hökuməti arasında enerji sektoru üzrə memorandum imzalanıb.

"Türkiyə və Azərbaycan enerji diplomatiyası vasitəsilə Yaxın Şərqdə təsirlərini gücləndirirlər", - deyə “Kavkazar” vurğulayıb.


Telegram kanalımız
Seçilən
12
yenisabah.az

1Mənbələr