EN

Aİ-nin “sanksiya çılğınlığına” son qoyulmalıdır – Vilimskidən sərt çağırış - ÖZƏL

Avropa Parlamentinin deputatı, Avstriyanın Azadlıq Partiyasının fraksiyasının rəhbəri Harald Vilimski Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları sərt şəkildə tənqid edib. Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, bu sanksiyalar Rusiya iqtisadiyyatına ciddi təsir göstərmir, əvəzində Aİ-nin öz iqtisadiyyatına ziyan vurur.
"Avropa İttifaqının sanksiya çılğınlığına son qoyulmalıdır. Aydın deyil ki, Avropa Komissiyası əvvəlki 17 sanksiya paketinin hədəfinə çatmadığı halda, qəfil 18-ci paketin uğurlu olacağını niyə düşünür. Aİ bu mənasız sanksiyalarla öz iqtisadiyyatını daha da zəiflədə bilməz", - deyə Vilimski bildirib.
Deputat qeyd edib ki, Brüssel Rusiyaya qarşı gərginliyi artırmaq əvəzinə, Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün diplomatik yollar axtarmalıdır.
Qeyd edək ki, Aİ ölkələrinin səfirləri iki aylıq müzakirələrdən sonra Rusiyaya qarşı 18-ci sanksiya paketini razılaşdırıblar. Bu paketə 50-dən çox fiziki və hüquqi şəxs daxildir. Yeni sanksiyalar çərçivəsində 22 Rusiya bankına məhdudiyyət tətbiq olunub, "Şimal axını" layihələrinə qarşı tədbirlər görülüb, neft qiymətinə əlavə tavan məhdudiyyətləri və "Rosneft"in Hindistandakı neft emalı zavoduna qarşı da sanksiyalar nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
3
48
olaylar.az

10Sources