AZ

AB-nin bu qərarı ölkələri böhrana sürükləyir - Slutski

Avropa Birliyinin sanksiyalar paketləri Avropa ölkələrini enerji böhranına sürükləyir.

Axar.az xəbər verir ki, bu fikri Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski AB-nin 18-ci sanksiyalar paketini şərh edərkən bildirib.

"Avropa Birliyi 18-ci antirusiya sanksiyalar paketini təsdiqləyib, onların sayı 30 minə yaxınlaşır. Tamamilə faydasızdır. Yeni sanksiyaların tətbiqi heç bir yola aparmır. Bunların hamısı Avropada bumeranqdır, qitə ölkələrini enerji böhranına sürükləyir”, - Slutski qeyd edib.

Seçilən
6
2
axar.az

10Mənbələr