EN

AİRusiyaya qarşı 18-ci sanksiyalar paketini qəbul etdi

Avropa İttifaqı Rusiyaya qarşı 18-ci sanksiyalar paketini qəbul edib.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen bildirib.

Bu paket Rusiya bank sektorunu, enerji sahəsini və hərbi-sənaye kompleksini hədəf alır. Eyni zamanda, neft üçün yeni dinamik qiymət həddi də nəzərdə tutulur.

Aİ rəhbərliyi bildirib ki, məqsəd Rusiyanın müharibə imkanlarını zəiflətməkdir.

"Putin bu müharibəni dayandırana qədər təzyiqlər davam edəcək", – deyə bəyanatda vurğulanır.

Chosen
90
50
teleqraf.com

10Sources