EN

"Arzuların Ardınca” sərgisi Müasir İncəsənət Mərkəzində TƏQDİM OLUNDU

Ajans.az xəbər verir ki, sərginin açılış mərasimində Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı, professor Ağaəli İbrahimov iştirak edərək çıxış etdi. O, rəssamlıqda rənglərin və ənənəvi sənət dəyərlərinin əhəmiyyətindən söz açdı,  rəssamları yaradıcılıqlarında əzmkar olmağa çağırdı.
Tədbir zamanı sərgi iştirakçılarına Azərbaycan Rəssamlar İttifaqının sertifikatları təqdim olundu. 
Sərginin kuratoru Lalə Hüseynova qeyd etdi ki, “Arzuların Ardınca” sərgisi fərqli peşə sahələrindən olan xanımların incəsənətə sevgisinin, daxili dünyalarının və yaradıcılıq potensiallarının ifadəsinə xidmət edir.
Sərgi sənətsevərlər tərəfindən böyük maraqla qarşılandı və qadın sənətkarların yeni yaradıcılıq axtarışlarına əlavə stimul oldu.

Chosen
25
2
Ajans.az

3Sources