AZ

"Arzuların Ardınca” sərgisi Müasir İncəsənət Mərkəzində TƏQDİM OLUNDU - FOTO

14-15 İyul 2025-ci il tarixində Müasir İncəsənət Mərkəzi Qalereyasında “Arzuların Ardınca” adlı sərgi keçirildi. Sərgi çərçivəsində müxtəlif ixtisas sahələrində fəaliyyət göstərən 26 xanım rəssamın 43 əsəri nümayiş etdirildi.

Hurriyyet.az xəbər verir ki, sərginin açılış mərasimində Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı, professor Ağaəli İbrahimov iştirak edərək çıxış edib.

O, rəssamlıqda rənglərin və ənənəvi sənət dəyərlərinin əhəmiyyətindən söz açdı,  rəssamları yaradıcılıqlarında əzmkar olmağa çağırdı.

Tədbir zamanı sərgi iştirakçılarına Azərbaycan Rəssamlar İttifaqının sertifikatları təqdim olundu. 

Sərginin kuratoru Lalə Hüseynova qeyd etdi ki, “Arzuların Ardınca” sərgisi fərqli peşə sahələrindən olan xanımların incəsənətə sevgisinin, daxili dünyalarının və yaradıcılıq potensiallarının ifadəsinə xidmət edir.

Sərgi sənətsevərlər tərəfindən böyük maraqla qarşılandı və qadın sənətkarların yeni yaradıcılıq axtarışlarına əlavə stimul oldu.

Seçilən
7
2
hurriyyet.az

3Mənbələr